Lerikdə 3 otaqlı ev yanıb

Bakı. Trend: Lerikdə yanğın qeydə alınıb. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lerik rayonunda ümumi sahəsi 112 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 112 m2 sahədə və dama yığılmış 2 ton ot bağlaması yanıb.