Somali tarixində ən qanlı terror aktında ölənlərin sayı 512 nəfərə çatıb

Bakı. Trend: Somalidə 14 oktyabrda baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 512 nəfərə çatıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yaralananların sayı 312 nəfər, itkin düşənlərin isə 62 nəfərə çatıb. Daha əvvəl 358 nəfərin öldüyü, 228 nəfərin yaralandığı, 56 nəfərin isə itkin düşdüyü bildirilirdi. Hakimiyət hesab edir ki, terror aktını "Aş-Şabab" terror qruplaşması törədib. Qeyd edək ki, oktyabrın 14-də Somalinin paytaxtı Moqdişunun mərkəzində partlayıcı maddə ilə doldurulmuş yük maşını partladılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin