Türkiyə prezidenti Kamal Kılıcdaroğlundan 500 min lirə təzminat istəyir

© REUTERS/Umit Bektas — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı. 5 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunu məhkəməyə verib. “Report” “Ahaber”ə istinadən xəbər verir ki, Ərdoğan Türkiyə Böyük Millət Məclisində CHP fraksiyasının üzvləri qarşısında çıxışı zamanı açıqlamalarına görə Kılıcdaroğlundan 500 min lirə (125 min dollar) təzminat istəyir. Qeyd edək ki, aprelin 3-də Türkiyə prezidenti bir qrup tanınmış şəxslərlə birlikdə Afrinin terrorçulardan təmizlənməsi şərəfinə sərhəd bölgəsinə səfər etmişdi. Kamal Kılıcdaroğlu fraksiyanın toplantısında bildirmişdi: “Afrində 52 şəhidimiz, yüzlərlə yaralımız var. 52 şəhidimizin qanı hələ qurumayıb. Bir qrup zurna, qaval, klarnetli toplanıblar... Bu rəzil adamlar və onları oraya aparan adam, əgər sənin ürəyin varsa, Afrində şəhid olanın evinin yerləşdiyi küçədən keç, bir yerdə “Yaylalar” şeirini söylə”.