Bu il Ermənistanda 1410 nəfər məhkum edilib

Bu il Ermənistanda 1410 nəfər məhkum edilib Ermənistan Milli Statistika Xidməti 2017-ci ildə məhkum olunan şəxslərin sayını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabata əsasən, ötən il Ermənistanda 2 min 410 vətəndaş mühakimə olunub. Onlardan 181-i qadın, 96-sı yeniyetmə, o cümlədən 4-ü qız uşağıdır. Mühakimə olunanlar arasında 48 vəzifəli şəxs, 481 hərbçi, 48 xarici vətəndaş və vətəndaşlığı olmayan 4 nəfər var. Milli Statistika Xidmətinin hesabatına əsasən, ötən il 1410 nəfərə azadlıqdan məhrumetmə, 859 şəxsə şərti cəza kəsilib. 50 nəfər məhkəmə qərarı ilə anlaqsız hesab olunub, 61 nəfərə isə bəraət verilib.