Aprel döyüşlərinin ildönümünə həsr olunan tədbir

Aprelin 5-də Azərbaycan Dillər Universitetində Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunan tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova aprel hadisələrini ölkəmizin yaxın tarixində iz qoyan məğrurluq, qəhrəmanlıq səhifəsi olduğunu bildirib. O, qeyd edib ki, apreldə baş verən hadisələr ordumuzun gücünün, qüdrətinin göstəricisidir. Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu universitetdə belə bir tədbirin təşkil edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib və onun təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərmiş Kamil Musəvi aprel döyüşlərini qələbə kimi xarakterizə edib: "Xalqımız tarix boyu düşmənə qarşı müqavimət göstərib. Bu mübarizə təkcə aprel hadisələri ilə yekunlaşmır, ona görə də, biz tariximizi unutmamalı və onu daim yaşatmalıyıq. Biz Aprel döyüşlərində qələbə əldə edərək torpaqlarımızın bir qismini işğaldan azad etdik. Qarabağ ərazisində 13 strateji əhəmiyyətlə malik yüksəklik var ki, onlardan biri də ordumuz tərəfindən azad edilən Lələ təpə yüksəkliyidir". Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.