Monqolustanda zəlzələ baş verib

Monqolustanın qərbində Rixter cədvəli ilə 4,1 bal gücündə zəlzələ baş verib. SİA -nın məlumatına görə, zəlzələnin episentri Harqas-Nuur gölü yaxınlığında qeydə alınıb. Məlumata görə, yerlatı təkanlar Rusiyanın Tuva respublikasının Kızıl şəhərindən 281 kilometr cənub-qərbdə baş verib. Zəlzələ nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.