“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir - FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir. Müdafiə Nazirliyindən Publika.az -a verilən məlumata görə,yarışlarda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər. Nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.