“Facebook”un çoxmilyardlı qazancı nədəndir?

“Whatsapp” bu gün hər kəsin istifadə etdiyi dünyanın ən məşhur pulsuz mesajlama xidmətidir. İnsanlar üçün ən başda rahat və sadə olması, “Whatsapp” istifadəçilərinin sayının 1 milyarda qalxmağına səbəb olmuşdur. “Whatsapp”a alternativ variantlar üstünlük təşkil etsə də, insanlar yenə də “Whatsapp”a üstünlük verirlər. Bu gün “Facebook” və ya "İnstagram" hesabı olmayan insanlara rahatlıqla qarşılaşmaq mümkündür. Ancaq bunu “Whatsapp”la bağlı söyləyə bilmərik. Çünki, ən yaşlı təbəqə belə, “Whatsapp”la uyğunlaşıb, ondan rahatlıqla istifadə edə bilir. “Whatsapp” “Facebook”dan öncəki dönəmində hər günə yeni 1 milyon istifadəçi, bir aya isə 419 milyon istifadəçi qazandığı halda, bu rəqəm “Facebook”da 145, “Twitter” də isə 54 milyon idi. Bu, dünya nəhəngləri ilə müqayisədə kifayət qədər böyük rəqəm idi. Heç şübhəsiz, sosial şəbəkələr savaşında liderliyini heç cür əldən vermək istəməyən “Facebook”, “Snapchat” təhlükəsinin qarşısını almaq üçün "İnstagram" addımını atdıqdan sonra, öz messenceri üçün snpachat-dan daha böyük rəqib olan "Whatsapp" idi. Daha “Whatsapp” interfeys baxımından bir çox məsələdə "Messenger"dən geri qalmağına baxmayaraq, günü-günüdən böyüməyə davam edirdi. "Messenger" öz sürətli və rahat seçimləri ilə yanaşı, günün ən yaxşı pulsuz zəngli danışığına sahib idi. Zəngli danışıqda ən zəif internetlə belə, səsi qarşı tərəfə ötürməyi bacarır, üstəlik bu səsi hd keyfiyyəi itlə təqdim edirdi. “Whatsapp” isə heç bir xüsusi özəliyyə sahib olmayan, həmçinin zəngli danışıq seçiminin də olmadığı halda, müqayisədə öz rəqiblərinə görə bir çox məsələdə geridə qalırdı. Çox sadə bir görünüşə sahib olan “Whatsapp”, daha çox telefonların şəxsi mesajlaşmasına bənzəyirdi. İnsanlara ən xoş təsir bağışlayan məsələ o idi ki, həmin dövrlə müqayisədə rəqibləri olan "Skype" və "Google Talk" dan fərqli olaraq, “Whatsapp”da qeydiyyatdan keçmək üçün uzun prosedur tələb olunmurdu, nömrəni yazmaq kifayət edirdi. “Whatsapp”ın uğur hekayəsi ilə bağlı ətraflı maraqlanmaq istəyənlər bu linkə keçid edə bilərlər: http://deyerler.org/287304-sgpgrgjgilikdjn-whatsapp-quruculudunadjk-yan-kumun-tarixgjsi.html Vaxtilə “Whatsapp”ın yaradıcısı “Facebook”a yeni bir layihə ilə işə alınması üçün müraciət etdikdə, rədd cavabı almısdı. İkinci rədd cavabı isə “Twitter”dən gəlmişdi. Bu rədlərdən sonra “Facebook”un qəbul etmədiyi layihə 2010-cu ildə reallaşaraq, çox qısa bir zamanda “Facebook”un ən güclü rəqibi halına çevrildi. “Facebook” uğur yolunda ən böyük maneə kimi gördüyü “Whatsapp”ı 2014-cü ildə 19 milyard dəyərində qiymətləndirmə ilə əldə etdi. 100 milyon dollar qazancı olan “Whatsapp” “Facebook” tərəfindən alındıqqdan sonra, illik istifadəçilərin istifadə haqqı da (1 dollar) ləğv edilərək, tam pulsuz bir messencer halına gətirildi. İnsanlarda sual yarandı: belə isə “Whatsapp” haradan və necə qazanc əldə edəcəkdi? Bu suala daha aydın cavab verməyimiz üçün gərək qısaca “Facebook”la bağlı bəzi araşdırmaları bölüşək. “Facebook” öz görünən tərəfində dünyada 1.86 milyard istifadəçisi olan bir sosial şəbəkə olsa da, işin görsənməyən tərəfində isə dünyanın ən güclü bir kiber təşkilatı hesab olunur. İnsanlar “Facebook”dan sosial şəbəkə kimi istifadə edib, onun avantajlarından faydalanaraq və öz həyat fəaliyyətləri ilə bağlı paylaşımlar edərək, “Facebook”u həyatın ayrılmaz üstünlüyü kimi qiymətləndirirlər. İstifadə etməyən insanlar isə hər hansı bir maraqlandığı şəxslə bağlı məlumat əldə etmək istədikdə, “Facebook”dan Vikipediya kimi istifadə edərək maraqlandığı şəxsin haqqında rahatlıqla məlumat əldə edirlər. Bir çox şirkətlər işçiləri işə götürərkən onun “Facebook” profilini analiz edərək, həmin şəxs barədə nəticə çıxardırlar. Psixoloqlar da bu yoldan istifadə edərək öz xəstələri ilə bağlı psixoanaliz edirlər. Həmçinin bir çox sahədə bu yoldan istifadə olunur. Ancaq, işin bilinməyən tərəfində odur ki, biz “Facebook”dan istifadə edərkən, o, bizim haqda öz süni intellektli kompyuterlərində müvafiq nəticələrini çıxardır. Həyatda hədəfimiz nədir? Planlarımız nədir? Sabah nə edəcəyik? Kimlər bizimlə dostdur? Maraq dairələrimiz nələrdir? Nələri xoşlayır, nələri xoşlamırıq? Bəli, bu suallara “Facebook”un rahatlıqla hazır cavabları var. Bəlkə də düşünsəniz, sizi ən yaxın dostunuzdan belə, daha yaxşı tanıyır. Qısa bir araşdırma etsəniz, bu mövzu ilə bağlı daha ətrəflı məlumat əldə edə bilərsiniz. “Facebook” 19 milyard kimi böyük rəqəmi gözə alaraq, “Whatsapp” əldə etdi. “Facebook” üçün “Whatsapp” bu qədər dəyərli edən nə idi? İlk öncə “Facebook” dünyada hər kəsin çox aktiv istifadə etdiyi bir sosial şəbəkədir. Hər gün 1 milyard insan “Facebook”a daxil olur. “Facebook” insanların bu qədər üstünlük təşkil etdiyi bir şəbəkədə çox rahatlıqla qazanc əldə edə bilir. Bu qazancın rəsmi görünən tərəfində əslində “Facebook” qazancını lahiyələr, şirkətlərlə iş ortaqlığı, reklamlar və s. vasitəsilə qazanır. Ancaq yuxarıda da ətraflı danışdığımız kimi, “Facebook” insanların bilgilərini sənədləşdirməklə, qeyri-rəsmi yolla çox böyük qazanclar əldə edir. Bu böyüklükdə istifadəçiyə sahib mesajlaşma xidməti “Facebook” tərəfindən alındıqdan sonra bir çox uğurlu yeniliklərə imza atdı, interfeysi çox sürətlə inkişaf etdi, ancaq yenə də necə qazanc əldə edəcəyi ilə bağlı bir fikir yox idi. “Facebook” “Whatsapp” istifadəçilərinə bir bildiriş yayımlayaraq, artıq keyfiyyətini artırmaq məqsədi ilə “Whatsapp”da olan bütün bilgiləri təhlükəsiz şəkildə “Facebook”da paylaşacağını bildirdi. Bu, istifadəçilər tərəfindən birmənalı şəkildə müsbət qarşılanmadı və böyük bir qisim “xeyr” seçimini etdi. Bu addımdan sonra “Facebook” ümumiyyətlə bu seçimi aradan qaldırdı. Ancaq yenə də müəmmalı sual olaraq qaldı: “Facebook” bu siyasətini davam etdirəcəkdimi? “Facebook” gün ərzində həyatımızla bağlı insanlarla bölüşdüyümüz bütün məlumatlara giriş icazəsi istəyirdi. İnsanlar tərəfindən müsbət qarşılanmadığı tam təbii bir hal idi. Çünki, “Whatsapp” insanların şəxsi məlumatlarının yer aldığı və hər bir fərdin diqqət etdiyi çox özəl bir messencer idi. Yenə də “Facebook” rəsmi olaraq bu bilgilərdən necə ki, indi edir – bizim maraq dairələrimizi, dünyagörüşümüzü öyrənərək ona uyğun bizə reklam və dostlar təklif edir. Məsələnin qeyri-rəsmi tərəfində isə odur ki, “Facebook” kifayət qədər təhlükəli bir metoddan istifadə edir. Öz gizli kiber dünyasında qüdrətini artırmaq məqsədi ilə istədiyi insanla bağlı “Whatsapp”dan istifadə edərək, çox rahatlıqla öz süni intellekt robotları vasitəsi ilə məlumat əldə edir. Bu mövzunun ABŞ tərəfindən qanuniləşdirilməsi, tətbiqi və s. haqda Edvard Snouden haqqında yazıda ətarflı şəkildə danışmağı planlaşdırırıq. Çox təəssüf ki, bu gün sosial şəbəkələr tam kiber təhlükəsizliyi ilə təchiz oluna bilməyib. Süni intellekt mütəxəssisləri qeyd edirlər ki, bəzən hər birimizin çətinliklə xatırlaya biləcəyimiz tanış ya dostlarımızın “Facebook”un bizə dost olaraq təklif edildiyinin şahidi oluruq. Bu, necə baş verir ki, özümüzün xatırlamaqda çox çətinlik çəkdiyimiz bir şəxsi uzun müddət sonra bizə dost olaraq təklif edirlər? Bu, sadə bir örnəkdir. Yazının lakonik olmağını qorumaq üçün əlavə misallar göstərməkdən çəkinirik. Bu yazıda məqsədimiz sosial şəbəklərdən istifadədən çəkindirmək deyil. Məqsədimiz apardığımız araşdırmada yer alan mövzulara diqqət edərək, düşünülmüş istifadə etməyə dəvətdir. “Facebook” bir saniyədə: - Nə qədər qazanır? - Nə qədər layk alır? - Nə qədər insan daxil olur? - Nə qədər video izlənir? və s. cavablar üçün bu linkə keçid edin: http://www.everysecond.io/”Facebook” Süleyman Rüstəmov “Dəyərlər”in oxucusu