Azərbaycanlı müğənniyə lüt şəkillərini göndərən şəxs həbs olundu – FOTO

Müğənni Sevda Kazımova uzun müddət idi ki, manyak tərəfindən izlənilirdi. Oxu.Az xəbər verir ki, bu barədə  İstiPress -ə müğənninin özü açıqlama verib. S.Kazımovanın sözlərinə görə, həmin şəxs mütəmadi olaraq ona əxlaqsız təkliflər edib: “Pul müqabilində mənə dəxlisiz sözlər yazırdı. Mənə özünün çılpaq şəkillərini göndərirdi. Mənim onun boyda 2 oğlum var. Əsəbimdən günlərlə ağlayırdım. Onun tutulmasını istəyirdim. Manyakdır. Özümü alçalmış hiss edirdim. Polisə verdim. 15 gün içində polis tərəfindən tutuldu. Polis bölməsində qarşılaşdıq. Bacısı ilə gəlmişdi. İşləmir də... Bacısı çayxana işlədir. Bir mobil telefon alıb veriblər əlinə. Bu da axmaq işlər görür. Demək, bu belə ailədən çıxıb ki, belə işlərlə məşğul olur. Niyə mənim oğlanlarım belə axmaq işlərlə məşğul olmur?! Köksüz biri ancaq belə şərəfsiz iş görə bilər. Hələ məni hədələyirdi ki, mənim dayım rəisdir. Məni tapa bilməzsən. Sonra da deyirlər ki, müğənniyə salam yazdıq, amma bizə cavab vermədi. Belə adamlara necə salam verəsən? Çoxu belə düşüncəlidir. Belələrinə görə müğənnilər çoxundan uzaq qaçır. Müğənni deyəndə ağıllarına mənasız şeylər gəlir. Guya bizim ailəmiz, böyüyümüz yoxdur. Mənim atılan dırnağım hər kişidə ola bilməz”. Müğənni öz həmkarlarına də səslənib: “Bütün müğənnilərə səslənirəm ki, belə manyaklar sizə yazdıqda onları blok etməklə işinizi yekunlaşdırmayın. Mütləq polisə müraciət edin ki, hər kəsə görk olsun”. Qeyd edək ki, həmin şəxs 4 fərqli adla müğənni Sevda Kazımovanı “Instagram” sosial şəbəkəsində izləməklə, əxlaqsız təkliflər edib və hədələyib. Həmin şəxs “Qoca_qurd”, “Ya_druq_ti_druq” və “Tural 4460” profillərindən isifadə edib. Əsl adı isə Yusifbəy Xanəli oğlu Məmmədhüseynovdur.