Fransada helikopter qəzaya uğrayıb, iki nəfər ölüb

Bakı. 5 aprel. REPORT.AZ/ Fransanın cənub-şərqində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. “Report” RT-yə istinadən xəbər verir ki, qəza ölkənin Liburn şəhərindəki aerodromun yaxınlığında baş verib. Qəza nəticəsində60 yaşlı pilot və bir sərnişin ölüb. Hadisənin səbəbi araşdırılır.