Ermənilər Qarabağda daha bir təxribata əl atıblar

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti dəfə yanğın törədiblər. Oxu.Az -ın APA -ya istinadən xəbərinə görə, erməni əsgərlərinin Ağdamın Baş Qərvənd kəndi ərazisində törətdiyi yanğın qoşunların təmas xəttinə çatıb. Küləyin təsiri nəticəsində alovun əhatə dairəsi getdikcə genişlənərək neytral ərazilərə yayılıb. S.B.