Poroşenko Donbasla bağlı qərarını açıqladı

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda antiterror əməliyyatlarının dayandırılması barədə tapşırıq verib. AzNews.az -ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Poroşenko bildirib ki, antiterror əməliyyatları may ayında başa çatacaq. "Biz dövlətin müdafiə sisteminin başqa formatına keçəcəyik", - deyə Poroşenko açıqlayıb.