Azərbaycanda qar uçqunu oldu – YENİLƏNİB

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. Oxu.Az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib. “Qar uçqunu baş vermiş əraziyə texnikalar cəlb olunaraq uçqunun fəsadları aradan qaldırılıb”, - deyə A.Nəcəfli qeyd edib. 13:51 Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub. Oxu.Az xəbər verir ki, APA -nın şimal bürosunun verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib. Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. “Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır E.Ə.