“Düşünürdüm ki, bu il sədaqətli olacaqlar, amma it kimi boğuşurlar” – Təranə

“Düşünürdüm ki, bu il sədaqətli olacaqlar, amma it kimi boğuşurlar” – Təranə Şou-biznesdən uzaqlaşan prodüser Təranə Səmədova musavat.com saytının suallarına cavab verib. Onunla  söhbətə yeni biznesindən başladıq: - Şou-biznesdən uzaqlaşıb, yeni iş qurmusunuz. - Tam uzaqlaşmamışam. Tanınmış qonaq kimi tədbirlərə gedirəm. Məni prodüser kimi təqdim etmələrini isə istəmirəm. Çünki o sahə üzrə fəaliyyət göstərmirəm. Yeni biznesə başlamışam. Artıq iş xanımı kimi çalışıram. Avtomobillərin kirayəsi ilə məşğulam. Gördüm ki, bu sahəyə tələbat var. Əvvəllər müğənnini, indi də şirkəti qabağa çəkirəm. - Maddi dəstək kimdən gəldi? - Şirkətin sahibkarı var. Mən icraçı direktor kimi fəaliyyət göstərirəm. - Kənardan şou-biznes necə görünür? - Mən şou-biznesin içində olanda bütün gerçəklikləri bilirdim. Ona görə uzaqlaşdım. İndi isə yalnız tədbirləri təşkil edirəm. Bilirəm ki, maddi gəlir əldə edəcəyəm. - İki il idi ki, sakitlik idi. 2017-ci ilin sonlarından tanınmışlar arasında qalmaqallar başladı. Sizcə, səbəb nədir? - İt ilidir də. Kobud olsa da, deyəcəyəm. İt kimi boğuşurlar. Amma düşünürdüm ki, bu il sədaqətlik olacaq. Kimisə itə bənzətmirəm, səhv başa düşülməsin. Mövcud durumu başa salmaq istədim. - Son günlərin gündəm mövzularından biri Aygün Kazımovanın illər öncə çəkilən video görüntünü paylaşıb, küsülü olduğu həmkarlarını işarələməsi oldu. Bəziləri dedi ki, Aygün jest etdi, bəziləri isə siyasət işlətdiyini dedi. - Aygün xanım siyasət işlətdi. Orada Aygün xanım öndə idi, Natavan, Röya, Elnarənin onun vokalisti olduğu görünürdü. Mən Aygünün addımın jest kimi yox, tarixi sübutu göstərmək kimi qəbul etdim. - Röyanın “ətimi tökməyin” deyərək cavab verməsi gözlənilməz oldu. - Məncə, Röya Aygünün nə etmək istədiyini anladı. Sussa, daha yaxşı olardı.  Amma Röyanın hər gün görməsəm də, özümə dost bilənlərdənəm. Dostumdur, nə hərəkət etsə də, “Düz edib” deyəcəyəm. - Xatun da qalmaqal yaratdı. Dedi, Nura sussun, səsi başıma düşür. Murad Arifi müğənni olaraq qəbul etmirəm. Natavan anakondadır. Sizcə, gündəmə gəlmək üçün atdı bu addımı və ya onun bu açıqlamaları verməyə haqqı var? - Hərdən mən də jurnalisti görəndə ürəyim açılır. Bəlkə də, buradan qaynaqlanıb.  Sadəcə ürəyi açılıbsa, bu normal haldır. - Müğənnilər siyahı ilə əvvəldən tanış olurlar, məlumatlı gəlirlər. - Bu qədər sərt reaksiyanı təhqir kimi qəbul edirəm. Bunu bir xanıma yaraşdırmıram.  Belə hal olmasını istəmərəm. Xanım xanımlığını qoruyub, verdiyi açıqlamaya diqqət etməlidir. Xatunu tənqid edəsi deyiləm, mən onun kimi etməzdim. Onun sözləri məhkəmə pridmeti də ola bilər. . - Artıq sosial şəbəkədə bəzi reklamları qızınız Suellə təqdim edirsiniz. Bu öz istəyidir, yoxsa...? - Suel hazırda ikinci sinifdə oxuyur. Dərslərə yanaşması çox gözəldir. Demişəm ki, yuxarı siniflərdə də belə yaxşı oxu. Reklamlara gəldikdə isə özü istəyir. Dəniz məhsullarını sevdiyi üçün reklam çəkəndə yanımda dayandı. Ana-bala eyni geyinməyimizi də çox sevir. Mağazalar ana-bala dəsti göndərmişdi, sevə-sevə geyindi. - “İnstagram”dan istədəyinizi gəliri əldə edirsiniz? - Əvvəllər sırf barterə işləyirdim. İndi bir salonu barter qarşılığı reklam edirəmsə, digərini pul qarşılığı edirəm. çünki birinci hansı salon məni kəşf edibsə, sadiq qalıb onunla işləyirəm. Könül, Musavat.com, Fotolar Elçin Əkbərov.