"Hamburq"un baş məşqçisi istefaya göndərilib

Bakı. 13 mart. REPORT.AZ/ Almaniyanın "Hamburq" klubunun rəhbərliyi futbol üzrə ölkə çempionatının 26-cı tur matçında "Bavariya"ya 0:6 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Bernd Hollerbaxı istefaya göndərmək qərarına gəlib. “Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İndi "Hamburq"u mövsümün sonunadək komanda (U-21) ilə işləyən 46 yaşlı Kristian Tits çalışdıracaq. Hollerbax komandaya Markus Qizdolun istefasından sonra yanvarın 22-dən rəhbərlik edirdi. Klub Bundesliqanınn 26 turu ərzində cəmi 18 xal toplayıb və əsas liqanı tərk etmək təhlükəsi ilə üzləşib ki, bu da indiyədək komanda tarixində baş verməyib.