Əlil gənc hər kəsi utandırdı - VİDEO

Əlil gənc hər kəsi utandırdı - VİDEO Universitet tələbləri inanılmaz layihəyə imza atıblar. İstanbulda universitetdə təhsil alan bir qrup tələbə son zamanlarda artan və gündəmdən heç düşməyən qadına şiddətə diqqət çəkmək üçün sosial bir təcrübə həyata keçiriblər. Camaatın sıx olduğu vaxtlarda Taksim meydanında təcrübə zamanı sevgililər mübahisə etməyə başlayıblar. Vətəndaşlar ikilinin mübahisəsini bir müddət sadəcə seyr ediblər. Kişinin qadına əl qaldıraraq, vurmaq istədiyi zaman isə əlil vətəndaş arabasını zorakılıq göstərən kişinin üzərinə doğru sürüb. Əlil Taner Yılmaz adlı fiziki qüsurlu şəxs də davaya daxil olduqdan sonra universitet tələbəsi Torpaq Gümüş bu dəfə də onunla mübahisəyə başlayıb. Yenə digər vətəndaşlar tərəfindən izlənən mübahisəni polis ayırıb. Daha sonra camaata hadisənin sosial təcrübə olduğu açıqlanıb. Qadına şiddətə mane olmağa çalışan əlil Taner Yılmaz vətəndaşların laqeydliyindən narahat olduğunu söyləyib. Təsadüfən hadisəni gördüyünü açıqlayan Yılmaz, "bu gün buraya yoldaşlarımla görüşmək üçün gəlmişəm. Onları əlbəyaxa gördüm. Heç kəs müdaxilə etmədi, gedib vurum dedim. İnsanlar heç bir reaksiya vermədi, təəccübləndim. Polisdən savayı kimsə gəlmədi" - qeyd edib. "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə bu təcrübəni həyata keçirdiklərini söyləyən Gümüş, "8 Martdır. Ölkəmizdə qadına şiddət o qədər çoxdur ki, bunun üçün xalqımızın nə qədər həssas əlduğunu görmək istədik. Əslində əlil birinin bizə kömək etməsini gözləmirdik" -deyib. //goldnews