Gənc qız özünü 4-cü mərtəbədən atdı — Zaqatalada dəhşətli hadisə

Zaqatalada 27 yaşlı qız intihara cəhd edib. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu gün saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, “Köhnə bazar” adlanan ərazidəki yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-dan verilən məlumatda bildirilir ki, G.Balayeva son zamanlar əsəb xəstəliyindən əziyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır. Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi