Şərqi Qutada növbəti təxribat: 300 ailə və jurnalistlər...

Şərqi Qutada terrorçular içərisində 300 ailənin olduğu maşın karvanını atəşə tutublar. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı tərəfləri barışdırma mərkəzi səlahiyyətli nümayəndəsi Vladimir Zolotuxin danışıb. Məlumata görə, müxaliflər şəhərin cənubundakı çıxışa doğru irəliləyən karvanı atəşə tutmaqla onların Şərqi Qutanı tərk etməsinə əngəl olmağa çalışıb. Ən azı 3 maşının yandığı hücum zamanı həlak olan və yaralananlar barədə məlumat verilməyib. Yaraqlılar daha sonra şəhərin çıxışında maşın karvanını gözləyən şəxslərə və jurnalistlərə hücum edib. Qeyd edək ki, bir qədər əvvəl Şərqi Qutada Rusiya Prezidenti Vladimir Putinin təklifi əsasında 5 saatlıq atəşkəs elan edilmişdi.