Avropa Mərkəzi Bankının qərarından sonra avro bahalaşdı

Avropa Mərkəzi Bankı mart ayı toplantısında faiz dərəcələrində və aktiv alışı proqramında gözlənildiyi kimi dəyişikliyə getmədi. “Qafqazinfo” “Marja.az”a istinadən xəbər verir ki, bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. İclasda sentyabra qədər aylıq 30 milyard avroluq qiymətli kağızların alınması da qərara alınıb. Bundan sonra avro 0,2 faiz bahalaşaraq 1,2422 səviyyəsinə çatıb. Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi