Polis şöbəsində intihar — Dindirilən şəxs özünü aşağı atdı

Tovuz rayon Polis Şöbəsində dindirilən şəxs özünü pəncərədən yerə atıb. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayon sakini 1970-ci il təvəllüdlü Şükürov Tofiq Feyruz oğlu Polis Şöbəsində dindirilən zaman 3-cü mərtəbədən özünü aşağı atıb. Ağır bədən xəsarətləri alan T. Şükürov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi