ABŞ-da restoranda naməlum şəxs ətrafdakılara atəş açıb, ölən və yaralananlar var

ABŞ-ın Alabama ştatının Hörtsboro şəhərindəki "City Grill Cafe" restoranında naməlum şəxs atəş açıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə WRBL telekanalı yerli polisə istinadən xəbər verir. Ölən şəxsin restoranın sahibi olduğu bildirilir. İlkin ehtimallara görə, atəş ruhi xəstəlikdən əziyyət çəkən yerli sakin tərəfindən açılıb. report