Rusiya təyyarəsini kim vurub? - Bəyanat

Suriyada “Ceyş əl-İslam” qruplaşması Hmeymim hava bazası yaxınlığında “An-26” təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. AzNews.az Lenta.ru-a xəbər verir ki, bu barədə “Ad-Diyar” məlumat yayıb. Nəşrin məlumatına görə, eniş zamanı qruplaşmanın beş yaraqlısı, 100 metr yüksəklikdə olan təyyarəyə iri çaplı pulemyotlardan atəş açıb. Terrorçuların sözlərinə əsasən, onlar təyyarəni “Rusiya qoşunlarının Şərqi Qutada aparılan əməliyyatlarda iştirakına” cavab olaraq vurub. Qeyd edək ki, Rusiyaya aid “An-26” hərbi yük gəmisi martın 6-da Moskva vaxtı ilə 15.00 radələrində Latakiya əyalətində, Hmeymim hava bazasının eniş zolağına 500 metr qalmış yerə çırpılıb. Təyyarənin göyərtəsindən 39 nəfər olub. Heç kim sağ qalmayıb. Rusiya Müdafiə Nazirliyi təyyarəyə atəş açılması ilə bağlı iddiaları rədd edir.