Sumqayıtda polisi maşın vurdu

Sumqayıt şəhərində 28 yaşlı gənci avtomobil vurub. AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Sumqayıtın 12-ci mikrorayon ərazisində baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Kərim Cəbrayıl oğlu Babazadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Qeyd edək ki, 28 yaşlı Kərim Babazadə Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.