2199 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

AzVision.az xəbər verri ki, bunu Dövlət Miqrasiya Xidməti nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Rza Talıbov deyib. Onun sözlərinə görə, Xidmət tərəfindən 101064 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər. R.Talıbov qeyd edib ki, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidməti ndə, Xidmətin regional miqrasiya idarələrində və ya " ASAN Xidmət " mərkəzlərində qəbul edilir və sənədlərin dövriyyəsi elektron qaydada həyata keçirilir. AzVision.az Teqlər: Rza-Talıbov Miqrasiya Azərbaycan