Rusiya XİN Sürix protokollarının ləğv olunması barədə açıqlama verdi

Rusiya Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının bu iki ölkənin marağında olduğunu hesab edir. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Türkiyə ilə Ermənistan arasında Sürix protokollarının ləğv olunmasını şərh edərkən deyib. O deyib: “Rusiya nümayəndə heyəti bu protokolların hazırlanmasında yaxından iştirak edib. Biz sazişlərə öz qiymətimizi vermişik və bu qiymətlər bu gün də aktualdır. Biz öz növbəmizdə bu məqsədə nail olunması üçün əlimizdən gələni etmişik”. Qeyd edək ki, bu il martın 1-də Ermənistan Prezidenti Serj Sarkisyan 2009-cu ildə imzalanmış protokolların ləğv olunduğunu elan edib. Xəbərin oxunma sayı : 25