Rusiyada helikopter qəzası: 6 ölü (Yenilənib)

Qeyri-rəsmi məlumatlara görə, vertolyot sərhədçilərə məxsus olub. Çeçenistan Səhiyyə Nazirliyinin məlumatına görə, helikopterin göyərtəsində yeddi nəfər olub. Onlardan altısı ölüb, bir yaralı isə ağır bədən xəsarətləri ilə hadisə yerindən evakuasiya edilib. ** Rusiyaya məxsus “Mi-8” helikopteri Çeçenistanda qəzaya uğrayıb. AzVision.az xəbər verr ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb. 4 nəfərin isə taleyi məlum deyil. Helikopterin Rusiya Sərhəd Xidmətinə məxsus olduğu bildirilir. Qəza Çeçenistanın İtum-Kalinski rayonunda, Gürcüstanla sərhəddən 8 kilometr aralıda baş verib. Qəzanın baş vermə səbəbləri araşdırılır. Eldar Tanrıverdiyev AzVision.az Teqlər: Rusiya helikopter qəza