ABŞ vitse-prezidenti İranı nüvə müqaviləsindən çıxmaqla təhdid etdi

ABŞ vitse-prezidenti Mayk Pens ABŞ-ın yaxın zamanlarda İran və "altılıq ölkələri" ilə bağladığı müqavilədən çıxa biləcəyini bəyan edib. Avropa.info xəbər verir ki, o, Tehranı ballistik raketlərin hazırlanmasında və terrorçu təşkilatlara dəstək verməkdə ittiham edib. Pens deyib ki, Vaşinqton daha əvvəl əldə olunmuş razılaşmalara yenidən baxılmasını tələb edəcək, əks halda müqaviləni bir heç sayacaq. Vitse-prezident deyib ki, Donlad Tramp İrana qarşı sanksiyalar daxil etməkdən imtina edib, lakin Tehran bundan sonra güzəşt gözləməsin.