Mehriban Əliyeva DSX-ya aid korpusun açılışında — Fotolar

Xəzər rayonunun Şağan qəsəbəsində yeni inşa edilən Mədəniyyət Mərkəzinin martın 5-də açılış mərasimi olub. "Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, iki mərtəbədən ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə başlanılıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları yaradılıb. Yeni Mərkəzlə tanış olan Mehriban Əliyeva kollektivə uğurlar arzulayıb. *** Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən “İnci” körpələr evi-uşaq bağçasının binası martın 5-də istifadəyə verilib. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib. *** Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub. "Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə edib. Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib. O, hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini deyiblər. Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər. Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi