"Cin" Rəqsanəni biabır etdi: "Əcəb eləmişəm"

"Cin" Rəqsanəni biabır etdi: "Əcəb eləmişəm" Müğənni Rəqsanə İsmayılova ilə Ceyhun Zeynalov (Cin) arasında "Bivəfa" mahnısına görə baş verən qalmaqal daha da alovlanıb. İcazəsiz mahnını ifa edən müğənni Cin xanım ifaçını sərt tənqdi edib: "O mahnını şəxsən özüm aranjiman etmişəm. Verilişdə Rəqsanənin adın çəkməmişəm, belə əcəb eləmişəm. Burada bir qəbahət yoxdur. Nə cürətlə belə açıqlama verib. Başa düşürəm gündəm də deyil, amma belə ucuz işlərlə gündəmə gəlmək lazım deyil. Mən səndən icazə almıram. İcazəni mahnının müəllifi Altay Yaşardan almışam". Mahnının söz yazarı Altay Yaşar isə hər iki müğənni arasında sülh yaratmağa çalışıb: "Ceyhun məndən icazə aldı verdim. Bu mahnını bir layihədə oxuyacağını bilirdim. Rəqsanə idea müəllifi olduğu üçün mənə zəng edib incikliyinibildirdi. İkisi də özünə görə çox yaxşı ifaçıdır". Qeyd edək ki, müğənni Rəqsanə onun "Bivəfa" mahnısını icazəsiz oxuyan Cin haqqında təhqiramiz fikirlər səsləndirmişdi.