Bakıda xəstəxanada intihar

Bakıda intihar hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan APA -ya verilən məlumata görə, hadisə saat 04.00 radələrində Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada qeydə alınıb. Orada müalicə alan 1971-ci il təvəllüdlü Samir Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. E.Ə.