Bakıda bayram yarmarkalarının sayı artırıldı – SİYAHI

Bakıda bayram yarmarkalarının sayı artırıldı – SİYAHI Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il münasibətilə bayram yarmarkalarının sayı artırılır. Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Qurum rəsmisi bildirib ki, həmin yarmarkaların sayı 10-a çatıb: "Yarmarkalar əsasən, Yasamal, Nəsimi, Səbail, Nizami, Nərimanov rayonları ərazisində olacaq. Hazırda 10 yerdə yarmarka çadırları quraşdırılıb. Yaxın günlərdə daha 5 yerdə yarmarka çadırı qurulacaq. Yarmarkalar əsasən, metro stansiyalarının qarşısında qurulur". Xatırladaq ki, ötən həftə Bakıda 6 bayram yarmarkası fəaliyyətə başlayıb. Həmin yarmarkalar metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "İnşaatçılar" stansiyalarının qarşısında qurulub. A.M. www.oxu.az