Polşanın yeni baş naziri məlum oldu

Polşa prezidenti Andjey Duda baş nazirin müavini, maliyyə naziri Mateuş Moravetskini ölkənin baş naziri təyin edib. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Moravetski bu postda ötən gün istefa vermiş Beata Şidlonu əvəzləyib. 49 yaşlı M.Moravetskinin namizədliyi hakim “Hüquq və Ədalət” partiyası tərəfindən irəli sürülüb. M.Moravetski Avropaya inteqrasiya tərəfdarı kimi tanınır.