İcra Hakimiyyətindən qaraçılarla bağlı açıqlama

Qaraçı uşaqlarının çoxu təhsil almır. Milli.Az bildirir ki, bunu Trend -ə Azərbaycanda qaraçıların daha çox məskunlaşdığı Yevlax rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Fəxrəddin Zeynalov deyib. O bildirib ki, çox nadir hallarda qaraçı uşaqlar arasında təhsil alan olur: "Onların bir qrupu "oturaq qaraçı"lardır. Belə qaraçılar heç olmasa, 7-ci sinfə qədər təhsil alırlar. Dilənçiliklə məşğul olan qaraçıları isə tapmaq mümkün deyil. Onların yeri yalnız hüquq-mühafizə orqanları tərəfindən cinayət törətdikdə aşkar olunur". Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev də Trend -ə açıqlamasında qaraçı uşaqların böyük əskəriyyətinin təhsildən kənarda qaldığını söyləyib. Onun sözlərinə görə, həmin uşaqların çoxu polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olduğu aşkarlanan uşaqlar olub. 2016-cı ildə polis orqanları tərəfindən dilənçiliklə məşğul olan 512 uşaq aşkarlanıb. Milli.Az ŞƏRH YAZ