Finlandiya sahillərində gəmi batdı

Fin körfəzində, Porvo mayakından cənubda gəmi batıb. Axar.az xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Xidməti məlumat yayıb. Qəza zamanı 2 nəfərin itkin düşdüyü bildirilib: “Fəlakət barədə 17 saat sonra məlumat daxil oldu. Hadisənin baş verdiyi ərazidə hava şəraiti olduqca pisdir və dənizdə dalğalar var. Helsinki və Turku şəhərlərindən qalxan helikopterlər axtarışlara başlayıb. Həmçinin dalğıclar və ticarət gəmisi də hərəkətə keçib”, - məlumatda bildirilib.