Məcburi köçkün dərmandan zəhərlənib

Mingəçevirdə qadın dərmandan zəhərlənib. Hadisə Su anbarı yaxınlığında yerləşən və məcburi köçkünlərin məskunlaşdığı köhnə turist bazası yaxınlığında qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Ağdam rayon sakini Şəlalə Qara qızı Muradova normadan artıq dərman preparatları qəbul etdikdən sonra onun zəhərləndiyi məlum olub. Ş.Muradova xəstəxanaya çatdırılıb. Hadisənin təsadüfən yaxud qəsdən baş verib-vermədiyi hələlik məlum deyil. (report)