ABŞ Azərbaycan və Ermənistanın XİN başçılarının Vyana görüşünü alqışlayır

ABŞ Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vyana görüşünü alqışlayır. Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Kamian Vyanada ATƏT-in Nazirlər Şurasının iclasında deyib. Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin nizama salınması üzrə səylərini dəstəkləyir. "Biz Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin dekabrın 6-da keçirilmiş görüşünü və Minsk Qrupu ölkələrinin həmsədrlərinin nümayəndə heyətlərinin başçılarının bəyanatını alqışlayırıq. Oktyabr sammitində Ermənistan və Azərbaycan prezidentlərinin təmas xəttində gərginliyin azaldılması üçün danışıqların aktivləşməsi ilə bağlı razılaşmalarından məmnunuq", - deyə Kamian əlavə edib.