MÜSLÜMOV İŞSİZLİYİN SƏBƏBİNİ AÇIQLADI – “Əhalinin yalnız 32%-nin ixtisası var”

İşsizlik yaradan əsas səbəblərdən biri ixtisassız kadrlardır. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov belə deyib. Bunun qarşısını almaq üçün işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsiylə bağlı nazirlər kabinentinə təklif göndərilib. “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə peşə standartlarında istifadə olunması” konfransında çıxış edən nazir, mövcud standartların müassir əmək bazarına cavab vermədiyini qeyd edib. “Azərbaycanda əməkqabiliyyətli əhalinin yalnız 32%-nin ixtisası var”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə peşə standartlarında istifadə olunması” konfransında çıxışı zamanı bildirib. Sahibkar qarşısında işə qəbul zamanı peşə ixtisasını təsdiqləyən sənədi istəmək tələb kimi qoyulacaq. Səlim Müslümovun sözlərinə görə işsiz və işaxtaran şəxslərin peşə ixtisas təhsilinin müasir əmək bazarının tələblərinə cavab verməməsi işsizlik probleminin səbəblərindən biridir. Artıq, hüquqi bazasının formalaşdırılması istiqamətində Təhsil Nazirliyiylə razılaşdırılmış təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Jurnalistlərin suallarını cavablandıran nazir Səlim Müslümov, sürətlə dəyişən ­əmək bazarında yeni standartların hazırlanmasını vacib olduğunu deyib. Bununla bağlı aparılan manitorinqin nəticələri də göstərir ki, prosesin sürətləndirilməsinə ehtiyac var. Konfransda avropa ittifaqının əməliyyat departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak edib. Xezerxeber.az