Bakıda uşaq transformatorda yandı

Bakıda azyaşlı uşağın yanması ilə nəticələnən bədbəxt hadisə baş verib. Oxu.Az Report -a istinadən xəbər verir ki, insident Xəzər rayonunda qeydə alınıb. 2012-ci il təvəllüdlü Abbasova Aysu Taleh qızı həmyaşıdları ilə futbol oynayarkən, top yaxınlıqdakı transformatorun yanına düşüb. A.Abbasova topu axtararkən transformatorun içərisinə daxil olub. Bu zaman uşaq ehtiyatsızlıqdan açıq elektrik naqillərinə toxunub. Nəticədə A.Abbasovanı cərəyan vuraraq yandırıb. Ağır xəsarət alan uşaq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Qeyd edək ki, uşaq Bakıya Sabirabad rayonundan  qonaq gəlib. Faktla bağlı araşdırma aparılır. A.M.