Yevlaxda 43 yaşlı kişi bıçaqlanıb

Yevlax rayonunda 43 yaşlı kişi bıçaqlanıb. 1974-cü il təvəllüdlü rayon sakini Fərəc Azay oğlu Hacıyev münaqişə zəminində naməlum şəxs tərəfindən kürək nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (report)