IV turdan təxirə salınmış oyun keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turdan təxirə salınmış bir oyun keçirilib. Azadinform xəbər verir ki, debütant "Səbail" lider "Qarabağ"ı qəbul edib. "Bayıl Arena"da baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinə 3 xal qazandıran qollara 57-ci dəqiqədə Pedro Enrike, 69-cu dəqiqədə isə penaltidən Dani Kintana imza atıb. Bu qələbədən sonra xalını 37-ə çatdıran "Qarabağ" zirvədəki yerini bir qədər də möhkəmləndirib. "Səbail" isə 13 xalla 6-cı pillədədir. Qeyd edək Azərbaycan Premyer Liqasında növbəti - XV turun oyunları 2018-ci il 10 - 11 fevralda keçiriləcək. Azərbaycan Premyer Liqası 8 dekabr (cümə) "Səbail" - "Qarabağ" 0:2 Qol: Pedro Enrike, 57. Dani Kintana, 69-p. Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov AFFA nümayəndəsi: Elbrus Abbasov Hakim-inspektor: Vüsal Əliyev Bakı. "Bayıl Arena"