Həkim səhvlərindən sığortalanmaq olarmı? – VİDEO

Həkim səhvlərindən sığortalanmaq olarmı? – VİDEO Son dövrlər həkimlərin səhvi ucbatından pasientlərin zərər çəkməsi nəticəsində xəbərlər yayılır. Dünya ölkələrində bunun qarşısını almaq üçün tibb işçilərinin peşə məsuliyyətinin sığortalanması mexanizmi həyata keçirilir. Bəs görəsən ölkəmizdə bu sahədə vəziyyət necədir? Oxu.Az  Xəzər TV-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə Avropa ölkələrində hospitala qəbul edilmiş pasientlərin 8%-dən 12%-ə gədəri tibbi səhvlərlə üzləşməli olurlar. Hər 20 pasientdən biri hospital infeksiyalarindan zərər çəkməkdədir. Avropa ölkələrində olduğu kimi ölkəmizdə də pasientlərin tibbi, yəni diaqnostik və müalicəvi səhvlərlə üzləşməsi haqqında xəbərlər eşidirik. Şahidələr onu göstərir ki, ən çox rast gəlinən səhvlər həkimlər tərəfindən tibbi preparatlarin düzgün təyin edilməməsi və ya dozasınınn düzgün müəyyən edilməməsidir. Nəticədə pasientlər ya yenidən müalicə kursu keçməyə məcbur qalırlar ya da bahalı əməliyyat etdirməli olurlar. Problemin həlli üçün tibb işçilərinin peşə məsuliyyəti sığortalanmalıdır. Bunu isə ya həkim fərdi qaydada etməli ya da onun işlədiyi tibb müəssisə həyat keçirməlidir. Ölkəmizdə tibb işçilərinin peşə məsuliyyətinin sığortası geniş yayılmayıb. Ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərindən 1 vəya 2-i bu növ sığorta fəaliyyəti ilə məşğuldurlar. Ekspertin sözlərinə görə bu növ sığortanın əhatə dairəsini genişləndirmək olar. Burada vətəndaşların da üzərinə böyük məsuliyyət düşür Digər tərəfdən sığorta şirkətləri də bu istitiqamətdə fəal olmalı xüsusi təkliflər paketi hazırlamalıdır. A.M. www.oxu.az