Tovuzda orta məktəb binası yandı

Tovuz rayonunda orta məktəb binası yandı. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydə alınıb. Ümumi sahəsi 693 m² olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 m², 6 sinif otağının tavanı 120 m² sahədə və qapıları yanıb.   Yüksək temperaturdan digər otaqların tavanı 50 m² sahədə qarsalanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.   Yanğın zamanı xəsarət alan olmayıb.