Tramp Kaliforniyada fövqəladə vəziyyət rejimi elan etdi

Tramp Kaliforniyada fövqəladə vəziyyət rejimi elan etdi ABŞ prezidenti Donald Tramp meşə yanğınları ilə əlaqədar Kaliforniya ştatında fövqəladə vəziyyət rejimi elan edib. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir. Hazırda alov 640 kvadrat kilometr ərazini əhatə edib. Yaşayış məntəqələrindən azı 190 min nəfər təxliyə edilib. Alovun söndürülməsinə 6 minə yaxın yanğınsöndürən cəlb olunub. A.M. www.oxu.az