Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunlarına hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 4 qarşılaşmanın hamısı milli dərəcəli hakimlərə həvalə olunub. 10 dekabr (bazar) 14:00. “Keşlə” – “Kəpəz” Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov AFFA nümayəndəsi: Rauf Hüseynli Hakim-inspektior: Murad Məmmədov “İnter Arena” 16:00. “Zirə” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov AFFA nümayəndəsi: Abas Hüseynov Hakim-inspektor: Şahin Cəfərov Zirə İdman Kompleksinin stadionu 11 dekabr (bazar ertəsi) 16:00. “Qəbələ” – “Səbail” Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov AFFA nümayəndəsi: Eldar Qasımov Hakim-inspektor: Rövşən Əhmədov Qəbələ şəhər stadionu, 16:00 19:00. “Qarabağ” – “Sumqayıt” Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov AFFA nümayəndəsi: Sakin Məmmədzadə Hakim-inspektor: Əli Hüseynov “Azersun Arena” Qeyd edək ki, oyunlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.