Onun 500 şirkəti var və Hindistanın ən varlı insanıdır

Mukeş Ambani Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin səhmdarı. Həyatı Mukeş Ambani 19 aprel 1957-ci ildə Yəmənin Aden şəhərində anadan olub. Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, böyük oğlu olan Mukeşə yüksək təhsil verir. Mukeş, Mumbay Universitetində tətbiqi kimya ixtisası üzrə bakalavr dərəcəsi alır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-a gedir və Stenford Universitetində magistr dərəcəsinə yiyələnir. Amma insult keçirmiş atasının xəstəliyi səbəbindən Mukeş təhsilini yarımçıq buraxib Mumbaya qayıdır və "Reliance Industries Ltd"də işə başlayır. Milli.Az  bizplus.az -a istinadən bildirir ki, həmin dövrdə şirkət tekstil və lif istehsal edirdi. Lakin Mukeş neft emalı ilə məşğul olmağı daha gəlirli hesab etdiyindən, şirkətin profilini dəyişmək qərarına gəlir. Şirkətdə 50 yeni istehsal müəssisəsi yaradır. Bu da ümumi istehsalı 12 dəfə artırmağa imkan verir. Beləliklə "Reliance Industries Ltd" güclü struktura çevrilir. Artıq 2007-ci ildə şirkətin daxilolmaları 26,07 milyard, gəliri 2,79 milyard, bazar kapitalizasiyası 89,29 milyard dollar təşkil edir. Hazırda Hindistan iqtisadiyyatında önəmli rola malik olan "Reliance Industries Ltd" ölkənin ən bahalı şirkətidir. Belə ki, 2014-cü ildə onun bazar dəyəri 23 milyard dollar olmaqla bərabər, ölkə iqtisadiyyatının 3,5 faizini təmin edir. Ümumilikdə isə, Mukeş Ambani neft, neft-kimya, təbii qaz və polad sektorunda fəaliyyət göstərən 500 şirkətə sahibdir. Dünyanın ən böyük neftemalı zavodu da ona məxsusdur. Bu zavodda gündəlik 660 min barrel neft emal edilir. Mukeş Ambaninin biznesinə "Reliance Industries Ltd"dən başqa aşağıdakı qurumlar da daxildir: "Reliance Entertainment" (uşaq kinoteatrı, radiostansiya, kinostudiya, səsyazma studiyası); "Reliance Power" (13 meqavat ümumi gücü olan elektrik stansiyaları); "Reliance Energy" (enerji istehsalı, paylanması). Sərvəti Mukeş Ambaninin sərvəti bir zamanlar 63,2 milyon dollar olmuşdur. O, həmin dövrdə dünyanın ən varlı adamı Bill Geytsi də qabaqlayırdı. Lakin 2008-ci ildəki maliyyə böhranı Mukeşin də qazancına ciddi təsir etdi. 2009-cu ildə sərvəti 32 milyard, 2010-cu ildə 29 milyard, 2011-ci ildə isə 27 milyard dollara qədər azaldı. 2014-ci ildə isə "Forbes" iş adamının varidatını 24 milyard dollar dəyərində qiymətləndirmişdir. 2015-ci ilin oktyabr ayına olan statistik məlumata görə isə, onun sərvəti 18,9 milyard dollar dəyərindədir. Ailəsi Qardaşların münaqişəsi Atalarının sərvətini bölüşdürmək Mukeş və qardaşı Anil üçün heç də asan olmamışdır. Ataları vəfat etdikdən sonra onlar bir müddət ailə sərvətini birgə idarə edirlər. Hətta uğurları Amerikanın "Time" jurnalında  "Asiyanın sahibi ailələr"  başlığı ilə manşetə də çıxır. Amma onların bu mehribançılığı uzun çəkmir. Qardaşlar arasında narazılıq yaranır. Belə ki, Anil iş həyatında Mukeşin kölgəsində qalmaqdan bezir. Ailədə baş verən münaqişə 7 ay bütün ölkə gündəmində olur. Nəticədə qardaşların anası Kokilaben Ambani ailə sərvətini onlar arasında bölüşdürməyi qərara alır. Mukeş neftkimya, tekstil, enerji sənayelərini, eləcə də "Reliance Industries"un adını özündə saxlayır. Anilə isə "Reliance Capital" (sığorta şirkəti, bank), "Reliance Communications" (Hindistanın ikinci mobil operatoru) verilir. O, biznes yoluna "Reliance Anil Dhirubhai Ambani Group" adı altında davam edir. Anlaşmaya görə, qardaşlar 10 il boyunca bir-birinə rəqib olacaq heç bir sahəyə investisiya qoymamaq öhdəliyi götürürlər. Evi Mukeş Ambani Nita Ambani ilə evlidir. Nita Ambani xeyriyyəçiliklə məşğul olur. Onların bu nikahdan 3 uşaqları var: İşa, Anant və Akaş. Mukeş özünə göydələn tikdirib və orada yaşayır. İş adamının evi 27 mərtəbəlidir. "Antilia" adlanan bu ev Mumbayda yerləşir və dəyəri təxminən 2 milyard dollardır. Avtomobil kolleksiyası Mukeş Ambaninin diqqət çəkən avtomobil kolleksiyası var. Onun qarajında "Maybaç" 62 claas, "Mercedes S" və "Mercedes" SL500 avtomobillərinə rast gəlmək olar. Qiymətləndirmələrə görə, o, dünyada bahalı maşın sahibi olan ikinci milyarderdir. Maraqlı fakt Mukeş Ambaninin dünyaya səs salan addımlarından biri arvadına etdiyi doğum günü hədiyyəsidir. O, həyat yoldaşına 44-cü doğum günündə həmin vaxt dəyəri 60 milyon ABŞ dolları məbləğində olan "Airbus 319" təyyarəsini alıb. Milli.Az Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin ŞƏRH YAZ