İngiltərə Premyer Liqası: "Çelsi" "Nyuksl"ı məğlub edib - VİDEO

Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının 15-ci turunda "Çelsi" öz meydanında "Nyukasl Yunayted"i məğlub edib. “Report” xəbər verir ki, Görüş 3:1 hesabı ilə başa çatıb. "Nyukasl"ın yeganə qolunu Duayt Qeyl (12-ci dəqiqə) vurub. Ev sahiblərinin heyətində isə Eden Azar dubl edib (21 və 74). Daha bir qolu Alvaro Morata (33) vurub. "Çelsi" hazırda 32 xalla turnir cədvəlinin 3-cü, "Nyukasl" isə 15 xal ilə 12 pilləsində qərarlaşıb.