Teatr rejissoru Karin Çapmanın ustad dərsi keçirilir

British Council Azerbaijan-ın təşkilatçılığı ilə Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçiriləcək. Olaylar.az bildirir ki,  Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi ustad dərsi Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən aparılır. Layihənin əsas məqsədi həm sağlam, həm də fiziki məhdudiyyətli istedadlı gənclərdən ibarət qarışıq tərkibli qrup ilə işləmək və birlikdə tamaşa üçün yaradıcı xarakterli yeni dil formalaşdırmaqdır. Ustad dərsi zamanı təlimçi təfərindən iştirakçıların bir-birini daha yaxından tanıması üçün kiçik oyunlar keçirilib və müxtəlif psixoloji testlər ediblər. Beş qrupa ayrılaraq tələbələr fiziki məhdudiyyətli gənclər ilə birlikdə musiqi sədası altında bir-birindən maraqlı pantomim səhnələr göstərib. Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.