Ermənistanın Kiyevdəki səfiri diasporun əli ilə “canını qurtarmağa çalışır”

Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Andranik Manukyanın adı ətrafında son zamanlar qaranlıq işlər baş verir. “Aykakan Jamanak” qəzeti mənbələrinə istinadən xəbər verir ki, Manukyanın başı üzərində qara buludlar toplaşır. Mənbələrin məlumatına görə, nə Ukrayna, nə də ki Ermənistan XİN-də Manukyanın işi bəyənilmir, daha doğrusu onun fəaliyyəti ilə əlaqədar narazılıq yaranıb. “Mənbələrimiz qeyd edir ki, Andranik Manukyan Ermənistan XİN-i üçün əsl baş ağrısına çevrilib. Ermənistan-Ukrayna münasibətlərini, Ukraynada baş verən daxili inkişafı, Ukrayna və bizim strateji müttəfiqimiz və bizim Aİ ilə əsas tərəfdaşımız – Rusiya ilə münasibətləri nəzərə alsaq: Ermənistanın Ukraynadakı səfiri yüksək hazırlıqlı, peşəkar olmalı, həssas və ciddi işi aparmağı bacarmalıdır. Amma Andranik Manukyanın bacarıqları tələblərə uyğun gəlmir, bundan başqa o yalnız şəxsi biznesi üçün mühüm və böyük iş aparır”, - nəşr yazır. Erməni KİV-də yayılan məlumatlara görə, səfirdən narazılığa səbəblərdən biri onun cari ilin aprel ayında Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ilə görüşü olub. Əslində isə bu hadisənin tarixçəsinin kökləri ermənilərin Ukraynanın XİN rəhbəri Pavel Klimkinin ötən aylarda GUAM və əsasən də Azərbaycanın ərazi bütövlüyünə dair etdiyi bir neçə bəyanatlara görə yaranan qəzəbinə gedib çıxır. Halbuki, ukraynalı nazir yeni heç bir şey deməyib. O, sadəcə Ermənistanın Azərbaycana qarşı təcavüz aktının həyata keçirdiyi faktını təsdiqləyib. Kiyev heç əvvəllər də Yerevanın Qarabağ üzrə heç bir mövqeyini dəstəkləməyib. Buna baxmayaraq erməni ekspert cəmiyyəti həyəcanlanaraq Yerevandan Kiyev ilə təcili əlaqə yaratmağı tələb edib. Görünüşə baxılırsa Manukyandan gözləntilər çox yüksək olub. Erməni məntiqinə görə, diplomat Klimkina təzyiq üçün vasitələrdən istifadə etməli, Ukraynanın DİN rəhbəri milliyətcə erməni olan Arsen Avakovu da bu işə cəlb edərək Klimkini susmağa məcbur etməli idi. Amma diplomat müsahibələrindən birində Ermənistanın Ukraynadakı səfirliyinin bu qəbildən olan bəyanatlardan narahat olduğunu şərh etmək istəməyib. Bundan sonra erməni mətbuatında Manukyana qarşı çıxışlara start verilib... Bu fonda Ukraynada fəaliyyət göstərən bir sıra regional erməni icmalarının rəhbərləri Manukyanı müdafiə məqsədilə çıxışlar edib. Baş verənlərdə Azərbaycanın əlini axtaranlar da oldu: “Son günlərdə Ukrayna erməniləri təəccüb və qəzəblə bəzi erməni KİV-də məqsədyönlü şəkildə, Ermənistan respublikasının Ukraynadakı səfirliyinin və şəxsən səfir Andranik Manukyanın işinə istiqamətlənmiş yanlış informasiyanın yayılmasını müşahidə edir. Biz aşağıda imza edənlər, tam məsuliyyət ilə bəyan edirik ki, bu qəbildən olan informasiya həqiqətə uyğun deyil və bu “əməliyyatın” əsl sifarişçisi barədə çoxsaylı suallar meydana çıxarır. Ermənistanın Ukraynadakı səfirliyinin Ukraynanın erməni diasporu ilə səmərəli formatda həyata keçirilən müştərək işini məhv etmək kimə lazımdır? Bir cavab var – erməni xalqının düşmənlərinə. Səfir Andranik Manukyanın diskretisasiyası cəhdinin Ukraynadakı Azərbaycan təxribat makinasının növbəti uğursuzluqları ilə sinxronlaşdırılması da ədalətli narazılıq yaradır. Öz növbəmizdə biz bu utandırıcı faktdan qəzəblənir, Ermənistanın səlahiyyətli orqanlarını Ukrayna erməniləri və Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyana dair Azərbaycan təxribatının postulatlarını təkrar edən bəzi erməni KİV-nin şübhəli fəaliyyətini araşdırmağa çağırırıq”, - bəyanatda deyilir. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərinə görə, erməni diasporuna, ermənistan səfirliyinə, eləcə də Ermənistan dövlətinə radikal siyasət yürüdən erməni kilsəsi rəhbərlik edir. “Çox güman ki, Ukraynada regional erməni icmalarının sədrlərinin imzaya dair bəyənatı da elə Manukyanın özü tərəfindən yazılıb. Məqsəd “canını qurtarmaq üçün” bu ölkədə çoxsaylı erməni diasporunu istifadə etməkdir. Belə fəal diaspora ilə Ermənistanın Ukraynadakı səfirliyinin fəaliyyətinə ehtiyac qalmır. Diplomatik nümayəndəlik əsasən sənədlərin verilməsi və rəsmi görüşlərdə iştirak etməklə məşğuldur. Ümumilikdə bu istənilən dövlətə aiddir. Diasporun güclü olduğu yerdə təbliğat da güclüdür. Səfirliyin imkanları isə məhduddur”, - Cavadov qeyd edib.