"Keşlə" saxlanılan futbolçularla bağlı bəyanat yaydı

"Keşlə"nin iki futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidovun danışılmış oyunlarda iştiraka görə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat vermişdik. Oxu.Az  xəbər verir ki, klub prezidenti Zaur Axundov futbolçuların saxlanıldığını təsdiq edib. Klub isə məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik: "Keşlə" Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Azərbaycan Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 qarşılaşmada danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə, 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilmişdir".