Müğənni Könül Kərimova qızına toy etdi - Fotolar

Müğənni Könül Kərimova qızına toy etdi - Fotolar Ötən gün müğənni Könül Kərimovanın qızı Ləmanın toy məclisi baş tutub. Musavat.com xəbər verir ki, müğənninin Orxan adlı gənclə ailə həyatı quran qızının toyuna mədəniyyət və şou-biznes nümayəndələri qatılıb. Məclis milli musiqi sədaları altında başlayıb. Daha sonra müğənni oğlu ilə cütlük üçün mahnı ifa edib. Daha sonra təəssüratların bölüşən Könül Kərimova sevincli olduğunu deyib: “Çox həyəcanlıyam. Düşünürəm ki, hər kəs məni başa düşər. Bu həyəcan insana zövq verir. Hər kəsə övlad toyu arzu edirəm. Qızım ailəsində xoşbəxt olsun. Ana kimi artıq məsləhətlərimi vermişəm. Çox sevinirəm ki, istədiyim kimi övlad böyütmüşəm” Qeyd edək ki, məclisdə xalq artistləri Könül Xasıyeva, Faiq Ağayev, Nəzakət Teymurova, Məleykə Əsədova, əməkdar artistlər Baloğlan Əşrəfov, Aybəniz Haşımova, Lalə Məmmədova, Elnarə Abdullayeva, , Manana, Gövhər Rzayeva, Zöhrə Abdullayeva, müğənnilər Səidə Sultan, Sevda Yahyayeva, Elton Hüseynəliyev, Günay İbrahimli, Sevil-Sevinc Səfərovalar, prodüser Tarix Əliyev, rəqqasə Fatimə və başqaları iştirak edib. Könül Musavat.com